Xətaidə 9 mərtəbəli yaşayış binasında baş verən yanğına görə axtarışda olan və daha sonra həbs edilən Məmməd Vəliyevin şəxsin məhkəməsi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim Fikrət Qəribovunı sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Məhəbbət Qasımov ifadə verib.
O, ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib: "Mənim Məmməd Vəliyevdən heç bir tələbim də yoxdur. Cəza məsələsinə gəlincə isə məhkəmənin mülahizəsinə buraxıram".
Zərərçəkmiş bununla bağlı məhkəməyə ərizə təqdim edib.
Daha sonra digər zərərçəkmişlər Fərqanə Məmmədova, Qurban Babayev, Nadir Əzizov, Ərzuman Qasımov ifadə verərək heç bir şikayət və tələblərinin olmadığını deyib.
Həmin şəxslər də istintaqa verdiyi ifadələrini təsdiq ediblər.
Məhkəmə oktyabrın 10-da davam edəcək.
Qeyd edək ki, 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib.
Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan 9 mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Hadisə nəticəsində insan itkis baş verməyib. Xeyli sayda mənzil yarası vəziyyətə düşüb.
Bu iş üzrə şirkətin rəhbəri kimi təqdim edilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs edilib.
Bu şəxslərin məhkəməsi davam edərkən Nüsrət Muxtarov həbsxanada ürək tutmasından dünyasını dəyişmişdi.
Həmin şəxslər binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlara CM-in 225.2-ci (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələr doğuranda) maddələriylə ittiham olunurdular.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Fərid Sadıqov və Zaur Əşrəfov şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılmışdılar.
Fərid Sadıqov həbsdə olarkən demişdi ki, TNH şirkətinin rəhbəri deyil. O, "Astoriya" MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirərək TNH şirkətinin gerçək rəhbərinin Məmməd Vəliyev olduğunu demişdi.
Həmin ərəfədə Məmməd Vəliyev ölkəni tərk etmişdi. Məhkəmə onun prosesə məcburi gətirilməsi ilə bağlı qərar da çıxarmışdı.