
Xızıda "F-1" əl qumbarası aşkar olunub
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, sentyabrın 5-i saat 00:17-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində vətəndaşa məxsus mənzildə 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının və partladıcının ətrafında 15 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Oxşar yazılar

Gəncədə iki nəfər qidadan zəhərləndi
20 iyun 2025 , 23:59
Gənc oğlan Araz çayında batdı - YENİLƏNİB
20 iyun 2025 , 19:41
Füzulidə kişi evinin həyətində ölü tapıldı
20 iyun 2025 , 19:33
Özünə qəbir qazdırdı, 1 gün sonra öldü
20 iyun 2025 , 18:17
Polis polkovniki həbs olundu
20 iyun 2025 , 17:48
Məhkəmədən Hacı Vəliyevlə bağlı YENİ QƏRAR
20 iyun 2025 , 17:40
DTX-dan ƏMƏLİYYAT: İcra başçısı, köməkçisi, müavini və bələdiyyə sədri saxlanıldı - YENİLƏNİB
20 iyun 2025 , 17:30