XİN təyyarə qəzasında ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
12 fevral 2018 10:45 (UTC +04:00)

XİN təyyarə qəzasında ölən azərbaycanlı ilə bağlı məlumat yaydı

0

 

Xarici İşlər Nazirliyi ötən gün qəzaya uğrayan Rusiya təyyarəsində həlak olan azərbaycanlı ilə bağlı məlumat yayıb.

 

Nazirlikdən Lent.az-a daxil olan məlumata görə, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan vətəndaşı olması araşdırılıb.

 

Təyyarə qəzasında həlak olduğu bildirilən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan vətəndaşıdır.

 

Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və aidiyyəti dövlət qurumları Rusiya Federasiyasının müvafiq dövlət təşkilatları ilə təmasdadırlar.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar