
Xəzərin Türkmənistan hissəsində itkin düşən neftçilərin axtarışına başlanıldı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışına bu gün Xəzər dənizinin Türkmənistan ərazisində başlanılıb.
Lent.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə "Azneft" İstehsalat Birliyində yaradılmış operativ qərargahdan məlumat verilib.
Qeyd olunub ki, bunun üçün Türkmənistan Dövlət Sərhəd Xidmətindən icazə alınıb. Bu ərazidə axtarışı Fövqəladə Hallar Nazirliyinin (FHN) uzaq məsafələri axtarmaq üçün müəyyənləşdirilmiş bir təyyarəsi həyata keçirir. Bu təyyarə dənizə eniş edə bilir.
Xəzərin Azərbaycan sektorunda isə hazırda FHN-nin 3 helikopteri, 2 gəmisi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 2 helikopteri, 5 gəmisi axtarış aparır.
Eyni zamanda FHN-nin Sularda Xilasetmə Xidmətinin qüvvələri Bayıl ərazisində sahilboyu axtarış həyata keçirirlər.
Oxşar yazılar

Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40