<b>"Atletlər Kəndi"ndəki qəza ilə bağlı yenidən məhkəmə qurulur</b>
21 oktyabr 2016 11:22 (UTC +04:00)

"Atletlər Kəndi"ndəki qəza ilə bağlı yenidən məhkəmə qurulur

 

 

2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan "Atletlər kəndi"ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərdən avtobus sürücüsü Vəli Əhmədovdan başqa digər təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

 

Lent.az-ın məlumatına görə, artıq təqsirləndirilən şəxslərin vəkilləri şikayəti Bakı Apellyasiya Məhkəməsində təqdim edib. Prosesə yaxın günlərdə baxılacaq. Onlar müdafiə etdikləri şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

 

Qeyd edək ki, ötən il iyunun 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadaları üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilir.

 

 

V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H. Salmanov və E. Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F. Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F. Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

 

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Əhmədov 3 il sürücülük hüququndan məhrum edilməklə və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il, Hüseyn Salamov 3 il, Elçin Həsənov isə 2 il dövlət və yerli özünü idarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Fərid Əmiraslanov isə 2 il 11 ay 28 gün müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Onun barəsində 1 il 6 ay sınaq müddəti təyin edilib. Hökmdə Hüseyn Salamovun barəsində olan ittihamın təsdiqini tapmaması qeyd edilib. Hakim bildirib ki, onun ittiham olunduğu 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddə Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsinə tövsif edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46