Xeyli qanunsuz siqaret aşkar edilib
25 noyabr 2015 18:52 (UTC +04:00)

Xeyli qanunsuz siqaret aşkar edilib

Tovuz Gömrük İdarəsinin əməkdaşları 4 min qutudan artıq siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin və realizə olunmasının qarşısını alıblar. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Babək Kəlayevin idarə etdiyi “Opel Astra” markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerindən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan müxtəlif markalı 2130 qutu siqaret aşkar edilib.

 

B.Kəlayev aşkar edilən siqaretlərin Qazax rayon sakini Aynurə İbrahimxəlilovaya məxsus olduğunu bildirib. Araşdırma zamanı məlum olub ki, A.İbrahimxəlilova həmin siqaretləri satmaq məqsədilə Gürcüstan Respublikasından ölkəmizə gələn şəxslərdən alaraq toplayıb.

 

Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan digər əməliyyat məlumatı əsasında isə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Oruc Sanıyevin idarə etdiyi “Volkswagen Passat”markalı avtomobilə baxış zamanı həmin maşının yük yeri ilə arxa oturacağının arasında xüsusi düzəldilmiş gizli saxlanc yerindən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan müxtəlif markalı 1950 qutu siqaret aşkar edilərək götürülüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

# 161
avatar

Oxşar yazılar

Əfqanıstanda xidmət edən hərbçimiz HƏBS EDİLDİ

Əfqanıstanda xidmət edən hərbçimiz HƏBS EDİLDİ

27 may 2024 , 12:41
 Narkotik çəkən   avtobus sürücüsü saxlanıldı

Narkotik çəkən avtobus sürücüsü saxlanıldı

27 may 2024 , 12:18
Zaqatalada Şamilin büstünü partladan qardaşlar AZADLIĞA ÇIXIR?

Zaqatalada Şamilin büstünü partladan qardaşlar AZADLIĞA ÇIXIR?

27 may 2024 , 12:05
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

27 may 2024 , 10:30
Beyləqanda fəhlə  intihar etdi

Beyləqanda fəhlə intihar etdi

27 may 2024 , 09:20
Salyanda maşın piyadanı vurub öldürdü

Salyanda maşın piyadanı vurub öldürdü

27 may 2024 , 00:46
Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

26 may 2024 , 18:52
Kür məcradan çıxır

Kür məcradan çıxır

26 may 2024 , 16:21