Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovaya verilən pul cəzası ilə bağlı apellyasiya şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “bayraqdar” ləqəbli Elman Türkoğlu və onun nümayəndəsi prosesdə iştirak etmədiyi üçün təqsirləndirilən tərəf prosesin təxirə salınmasını istəyib. Apellyasiya şikayəti aprelin 28-ə təxirə salınıb.
Qeyd edək ki, Elman Məmmədov (Türkoğlu) şərəf ləyaqətinin jurnalist Xədicə İsmayılova tərəfindən təhqir olunduğu ilə bağlı məhkəməyə müraciət edib. X. İsmayıla Cinayət Məcələsinin 147-ci maddəsi ilə cinayət işi başlanıb. Birinci instansiya məhkəsi jurnalist Xədicə İsmayılovaya 2500 manat cərimə təyin edib. Jurnalist qərardan apellyasiya şikayəti verib.