Xədicə İsmayılova Ali Məhkəməyə kassasiya şikayəti verib
12 may 2015 16:20 (UTC +04:00)

Xədicə İsmayılova Ali Məhkəməyə kassasiya şikayəti verib

0

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovaya verilən pul cəzası ilə bağlı apellyasiya şikayətinə baxılıb. Xədicə İsmayılovanın vəkili Yalçın İmanovun Lent.az-a verdiyi məlumata görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi Ali Məhkəməyə ilkin baxış iclasından kassasiya şikayəti verib. Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınılıb.

 

Qeyd edək ki, Elman Məmmədov (Türkoğlu) şərəf ləyaqətinin jurnalist Xədicə İsmayılova tərəfindən təhqir olunduğu ilə bağlı məhkəməyə müraciət edib.  X. İsmayılovaya qarşı Cinayət Məcələsinin 147-ci maddəsi ilə cinayət işi başlanıb. Birinci instansiya məhkəməsi jurnalist Xədicə İsmayılovaya 2500 manat cərimə təyin edib. Jurnalist qərardan apellyasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar