Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovaya verilən pul cəzası ilə bağlı apellyasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin istintaqla aparılması barədə vəsatət verilib, lakin məhkəmə vəsatəti təmin etməyib. Proses mayın 13-də davam etdiriləcək.
Qeyd edək ki, Elman Məmmədov (Türkoğlu) şərəf ləyaqətinin jurnalist Xədicə İsmayılova tərəfindən təhqir olunduğu bildirib məhkəməyə müraciət edib. X.İsmayıla Cinayət Məcələsinin 147-ci maddəsi ilə cinayət işi başlanıb. Birinci instansiya məhkəsi jurnalist Xədicə İsmayılovaya 2500 manat cərimə təyin edib. Jurnalist və vəkilləri apellyasiya şikayəti verib.