Xədicə İsmayılın istəyi reallaşmadı
Jurnalist Xədicə İsmayılın barəsində şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan hüdudlarından kənara çıxışına qoyulan qadağanın götürülməsinə dair məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsimdə hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Hakimlər kollegiyasının qərarına əsasən, X.İsmayılın apellyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, X.İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib.
Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa buraxılıb.
178