Xanım sürücülər qəza törətdilər: xəsarət alanlar var
18 dekabr 2015 06:26 (UTC +04:00)

Xanım sürücülər qəza törətdilər: xəsarət alanlar var

0

Paytaxtın Nəsimi rayonunda xanım sürücülər yol qəzası törədiblər. APA-nın məlumatına görə, 24 yaşlı Şəfa Qurbanova Bülbül prospekti ilə "KİA" markalı avtomobili ilə hərəkətdə olarkən Şamil Əzizbəyli küçəsindən qəfil onun yolu digər xanım sürücünün idarə etdiyi "KİA" çıxıb. Avtomobillər toqquşub. Toqquşmadan sonra avtomobil maneəni aşıb pilləkənlərdən zirzəminin keçidinə düşüb.

 

Qəza zamanı Şəfa Qurbanova və 55 yaşlı Gülnarə Qurbanova xəsarətlər alıblar. İlkin ehtimala görə, qəzaya Şamil Əzizbəyov küçəsi ilə hərəkət edən "KİA"nın sürücüsünün gözləmə nişanına məhəl qoymaması səbəb olub.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar