Xalik Məmmədov: “Neftçilərin meyitləri Qazaxıstanla sərhəddə tapılıb”
09 dekabr 2015 21:40 (UTC +04:00)

Xalik Məmmədov: “Neftçilərin meyitləri Qazaxıstanla sərhəddə tapılıb”

0

SOCAR "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 6 neftçinin cəsədi dekabrın 7-də Xəzərin Qazaxıstan sərhədinə yaxın ərazisində tapılıb.

 

APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov operativ qərargahda keçirilən brifinqdə bildirib.

 

X. Məmmədov qeyd edib ki, kəskin pisləşən hava şəraiti, sərt dəniz havası xilasetmə tədbirlərini yubadır və çətinləşdirir.

 

Vitse-prezident platformada çalışan neftçilərin xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərə də toxunub: “Bəzi məsələdən, hadisədən xəbərsiz insanlar, məlumatsız və qeyri-peşəkar sosial şəbəkə istifafəçiləri həqiqətə uyğun olmayan paylsşımlar edirlər. Onlar anlamırlar ki, söhbət insan taleyindən gedir. Söhbət çox ciddidir. Bu, siyasi oyun deyil”.

 

Daha sonra brifinqdə vitse-prezidentin sözlərini təsdiq edəb videokadrlar nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar