Aprelin 12-i axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Hadisə Gəndob-Yalama yolunun Xaçmazın Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1957-ci il təvəllüdlü Mübariz Məlikovun idarə etdiyi “VAZ 21099” markalı 27 BE 599 dövlət nömrə nişanlı avtomaşınla Xaçmaz Suvarma Sistemləri İdarəsinə məxsus, Xaçmaz şəhər sakini 1955-ci il təvəllüdlü Xasməmməd Qədirovun idarə etdiyi “Hyundai” markalı 27 AA 168 dövlət qeydiyyatlı maşın toqquşub.
Qəza nəticəsində “Vaz 21099” –nın sürücüsü xəsarət alıb. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra sürücü ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.