<b>Dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçının məhkəməsi başlayır</b>
05 iyul 2016 14:28 (UTC +04:00)

Dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçının məhkəməsi başlayır

Həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə məhkəmənin tarixi məlum olub.

 

 

Bu barədə Lent.az-a vəkil Əfqan Məmmədov məlumat verib. Vəkilin sözlərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 12-də keçiriləcək. Əfqan Məmmədov bildirib ki, materiallarla tanış olan zaman cinayət işində heç bir şahid və sübuta rast gəlməyib və bu iş xitam olunmalı idi.

 

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Səlcuq Elçin

Oxşar yazılar