Dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı azadlığa çıxdı
30 sentyabr 2016 13:56 (UTC +04:00)

Dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı azadlığa çıxdı

0

Bu gün Səbail rayon Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı Ceyhun Cəfərovun barəsində seçilən həbs-qətimkan tədbiri dəyişdirilib.

 

Bu barədə Lent.az-a vəkil Cavad Cavadov məlumat verib.

 

Vəkil bildirib ki, məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına verilmə qərarı seçilib və Ceyhun Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, Ceyhun Cəfərova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. O, keçən il həbs edilmişdi.

 

Ceyhun Cəfərov SPACE telekanalında yayımlanmış “Həzrəti Yusif” filminin azərbaycan dilinə dublyaj olunmasının təşəbbüskarı və dublyaja rəhbərlik edənlərdən biri olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar