Vətəndaşlara küllü miqdarda "pul atan" azadlıqda
15 noyabr 2016 13:20 (UTC +04:00)

Vətəndaşlara küllü miqdarda "pul atan" azadlıqda

0

Sakinlərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Zeyqəm Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə onun  barəsində Cinayət Məcəlləsinin  70-ci (şərti) maddəsi tətbiq olunub və  şərti  məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, Z.Qasımov  vətəndaşların etibarından sui-istifadə edərək onlardan külli miqdarda pul alaraq mənimsəyib. Zərərçəkənlərin şikayəti əsasında Z. Qasımov həbs edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilib. Məhkəmə istintaqı dövründə o dəymiş ziyanı ödəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 485

Oxşar yazılar