Dələduzluqda təqsirləndirilən İxtiyar Behbudovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə İxtiyar Behbudov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətində qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, İxtiyar Behbudov tanışları İlham Hüseynov və Samir Muradov Ukraynadan yağ gətirəcəyi adı ilə dələduzluq edib. O, İlham Hüseynovun 15 min, Samir Muradovun 4500 dollarını ələ keçirib. İstintaq dövründə İxtiyar Behbudov barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.