<b>11 min manata görə 13 il həbsdə qalacaq</b>
01 aprel 2016 16:44 (UTC +04:00)

11 min manata görə 13 il həbsdə qalacaq

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ramin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

 

 

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən R. Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, R. Məmmədov Bakı şəhər sakininə qarşı quldurluq yolu ilə 11 manatdan çox pul alıb. Zərərçəkən məsələ ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 181.3.2-ci  (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar