Vergidən yayınan azərbaycanlı İnterpola verildi
17 dekabr 2015 10:09 (UTC +04:00)

Vergidən yayınan azərbaycanlı İnterpola verildi

 

 

Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan daha bir biznesmeni axtarışa verib.

 

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 57 yaşlı Nəsib Həsənov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

 

APA-nın əldə etdiyi məlumata görə, N. Həsənov bizneslə məşğul olurmuş.

 

Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda iş adamı İnterpol xətti ilə axtarışa verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Oxşar yazılar