Vəkil vətəndaşa 3 min manat “atdı”
28 may 2017 11:55 (UTC +04:00)

Vəkil vətəndaşa 3 min manat “atdı”

0

Bakıda dələduzluq əməli ilə üzləşmiş 69 yaşlı kişi polisə müraciət edib. Lent.az xəbər verir ki, paytaxt sakini olan 1948-ci il təvəllüdlü Həsənov Əbdüləzim Mirzəağa oğlu polisə müraciət edərək bildirib ki, Mehdiyev Çingiz Marks oğlu onun 3 min manat pulunu mənimsəyib. Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl vəkil kimi tanıdığı Çingiz Mehdiyevə məhkəmədəki mülki məsələnin onun xeyrinə həll edilməsi ilə bağlı müraciət edib. Həmin şəxs 3 min manat müqabilində işi həll edəcəyinə söz verib və pulu alıb. Lakin Çingiz Mehdiyev vədinə əməl etməyib, eyni zamanda pulu da geri qaytarmayıb.

 

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar