Vəkil Aslan İsmayılov polis tərəfindən saxlanılıb.
Bu barədə APA-ya hüquqşünas Səbuhi Axundov məlumat verib. Onun sözlərinə görə, A. İsmayılov bu gün müdafiə etdiyi Rəşad Ramazanovla görüşmək üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib. İdarənin qarşısında polis əməkdaşları onu saxlayaraq Nərimanov Rayon Polis İdarəsinə aparıblar.
S. Axundov qeyd edib ki, A. İsmayılovun saxlanılmasının səbəbləri açıqlanmır.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya faktı nə təsdiq, nə təkzib ediblər.