Valyutadəyişmə məntəqəsində qətl törədən şəxsə yenidən cəza verildi
10 iyun 2015 17:10 (UTC +04:00)

Valyutadəyişmə məntəqəsində qətl törədən şəxsə yenidən cəza verildi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozmaqda təqsirli bininən 1997-ci il təvəllüdlü Vaqif Səlimbəylinin cinayət işi üzrə məhkəmə prosesinə başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə V. Səlimbəyli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vaqif Səlimbəyli cəzaçəkmə müəssisələrində normal fəaliyyəti dəfələrlə pozub. Onun barəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb.

Onu da qeyd edək ki, V. Səlimbəyli 14 yaşında, Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsinin rəhbərini öldürməkdə təqsirli bilinib və 9 il müddətinə azadlıq məhrum edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar