Bakı Apelyasiya NMəhkəməsində dələduzluqda təqsirli bilinən 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Tahirə Rzayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Tahirə Rzayevanın cəzasının yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü ilə Tahirə Rzayeva 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Tahirə Rzayeva bir neçə şəxsin etimadını qazanaraq onlardan külli miqdarda pul alıb və geri qaytarmayıb. Onun barəsində axtarış elan edilib. Uzun müddət istintaqdan yayınan Tahirə Rzayeva Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.