Üzeyir Cəfərov prokurorluqda dindirilib
22 may 2014 18:57 (UTC +04:00)

Üzeyir Cəfərov prokurorluqda dindirilib

Hərbçi jurnalist Üzeyir Cəfərov bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin, xüsusilə mühüm işlər üzrə müstəntiqləri tərəfindən dindirilib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Ü.Cəfərov dindirilmənin 2 saat yarıma qədər davam etdiyini bildirib. İstintaqçılar ondan 2001-ci ildə Azərbaycandan Ermənistana gedən bir qrup nümayəndə heyətinin səfərinin təfərrüatları ilə bağlı məqamlara aydınlıq gətirməsini istəyiblər. 

 

Hərbçi jurnalist istintaqçıların onunla çox böyük nəzakətlə davrandıqlarını söyləyib və qeyd edib ki, ona həm də Rauf Mirqədirovla bağlı suallar ünvanlanıb. 

 

Üzeyir Cəfərov: “İstintaq sirri olduğundan, hansı suallara cavab verdiyimi aça bilmərəm. Ancaq mənə məlum oldu ki, arada Azərbaycanın müstəqilliyi və təhlükəsizliyi barədə çox ciddi məqamlar var. Nə yaxşı ki, bu məsələlərin üstü vaxtında açılıb. Arada çox böyük məsələlər var. Bəlkə də bütün versiyalar yoxlanılıb, sənədlər və faktlar təmkinlə tutuşdurulduqdan sonra bütün bunlar Rauf Mirqədirovun xeyrinə olacaq. Mən istərdim ki, tezliklə bütün həqiqətlər üzə çıxsın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1235
avatar

Oxşar yazılar