Bakıda ustanın ölümünə səbəb olmaqda təqsirləndirilən inşaatçı Seymur Abbasovun şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti qismən təmin edilib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Yeni hökmə əsasən Seymur Abbasovun cəzası 8 ildən 5 ilə azaldılıb.
Qeyd edək ki, Seymur Abbasov tikintidə inşaatçı olub. O, inşa etdiyi binada bədbəxt hadisə baş verib. Ustalardan biri yıxılaraq ölüb. Zərərçəkənin hüquqi varisi məsələ ilə bağlı şikayət edib və Seymur Abbasovun təhlükəsizlik qaydalarına riayət etmədiyini deyib. Araşdırmalar zamanı Seymur Abbasova Cinayət Məcəlləsinin 222-ci ( tikinti işlərində təhlükəsizliyi pozma) maddəsi ilə ittiham verilib. Onun barəsində istintaq dövründə həbs-qətimkan tədbiri seçilib. Seymur Abbasovdan heç yerə getməməklə bağlı iltizam alınıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Seymur Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.