Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, usta kimi ev təmiri ilə məşğul olan 44 yaşlı Eldar Babayev ev sahibi, 42 yaşlı Vüqar Qasımovu qətlə yetirərkən sərxoş vəziyyətdə olub.
Bildirilir ki, bir müddət əvvəl V.Qasımov N.Əliyev 30 ünvanındakı mənzilini təmir etdirmək üçün ustalarla razılaşıb. Yanvarın 21-də o, mənzilə baş çəkib və ustalarla birgə nahar edib. Nahar zamanı ev sahibi ustalarla spirtli içki qəbul edib. Bir müddət sonra isə V.Qasımovla E.Babayev arasında münaqişə yaranıb. Münaqişə ustanın işi ilə bağlı olub və bu zaman o, ev sahibinə bıçaqla zərbə endirib. Digər otaqdan gələn ustalar V.Qasımova kömək etməyə çalışsalar da, artıq gec olub.
Araşdırmalar davam etdirilir.
*****
12:17
Xətai rayonu ərazisində ev sahibi ilə evdə işləyən usta arasında cinayətlə nəticələnən münaqişə yaşanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN) saytına istinadən məlumatına görə, yanvarın 21-də Xətai rayonu ərazisində yaşayan Vüqar Qasımovun evində təmir işləri aparan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Babayev münaqişə zəminində ev sahibini bıçaqla qətlə yetirib.
E.Babayev könüllü olaraq 37-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.