Uşağı oğurlayıb barmağını kəsən çinlilər şikayətçidir
18 may 2016 13:33 (UTC +04:00)

Uşağı oğurlayıb barmağını kəsən çinlilər şikayətçidir

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində uşaq oğurluğunda təqsirləndirilən Çin vətəndaşları Vanq Li Yanq və Vanq Kanq Yanqın birinci instansiya məhkəməsinin hökmündən şikayət verməklərinin müddətinin bərpasına baxılıb. Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Çin dili üzrə tərcüməçi gəlmədiyinə görə qərar verilməyib. Məhkəmə prosesi mayın 26-da davam edəcək.

 

 

Qeyd edək ki, hər iki şəxs 2010-cu ildə Bakıda körpə uşağı qaçırıblar. Onlar uşağın barmağını kəsiblər. Polisin əməliyyat-axtarış tədbiri nəticəsində Vanq Li Yanq və Vanq Kanq Yanq saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 144( insan alveri) maddəsi ilə ittiham verilib. Ağır Cinayətlərə Dair Məhkəmənin hökmü ilə hər iki şəxs 13 il müddətə azadlıqdan məhrum edilib. Onlar 2016-cı ildə birinci instansiya məhkəməsinin hökmündən şikayət veriblər. Bunun üçün birinci instansiya məhkəməsində şikayət vermək üçün verilən müddətinin bərpa edilməlidir. QEYD: Birinci instansiya məhkəməsinin hökmündən ən gec 21 gün ərzində şikayət verilməlidir. Əgər həmin müddət bitibsə, o zaman verilən müddətin bərpa edilməsinə baxılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar