Universitetin kafedra müdirinə cinayət işi açıldı <span style="color:red;">- RƏSMİ
29 yanvar 2015 13:05 (UTC +04:00)

Universitetin kafedra müdirinə cinayət işi açıldı - RƏSMİ

Gəncə Dövlət Universitetinin (GDU) müəlliminin əməlləri ilə bağlı cinayət işi başlanıb. Bu barədə Lent.az-a universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Maqbet Əhmədov məlumat verib. Onun sözlərinə görə, universitetinin “Ekologiya və təbiəti mühafizə” kafedrasının müdiri Rəhimov Vaqif İnqilab oğlu barəsində prokurorluqda korrupsiya faktı ilə əlaqədar istintaq aparılır. Bu səbəbdən artıq o, universitetin rektoru Yusif Yusibovun əmri ilə tutduğu vəzifəsindən və işdən uzaqlaşdırılıb.

 

 

Qeyd edək ki, Təhsil Nazirliyinin 2012- ci il 20 dekabr tarixli 11/ 1333 nömrəli əmri ilə anadan olmasının 55 illiyi münasibəti ilə V. Rəhimov “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar