Ukrayna vətəndaşı bədbəxt hadisənin qurbanı oldu
08 oktyabr 2016 23:20 (UTC +04:00)

Ukrayna vətəndaşı bədbəxt hadisənin qurbanı oldu

Qaxda əslən azərbaycanlı olan Ukrayna vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

 

Qax Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə,  oktyabrın 8-i saat 11 radələrində 1963-cü il təvəllüdlü Tərlan Müzəffər oğlu Abdurəhmanov ağır kəllə-beyin travması və beyin silkələnməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq 53 yaşlı Tərlan Abdurəhmanovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.

 

Qax rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, Qax rayonu Süskən kəndində doğulan və hazırda Ukrayna vətəndaşı olan Tərlan Abdurəhmanov bədbəxt hadisə nəticəsində ölüb. Belə ki 4-5 ay əvvəl Süskən kəndinə gələn Tərlan Abdurəhmanov bu gün səhər saatlarında qardaşının yaşadığı evdə 4 metr hündürlükdə təmir işi aparan zaman ehtiyatsızlıqdan yerə yıxılaraq ağır kəllə-beyin xəsarəti alıb.

 

Məlumatda bildirilir ki, Tərlan Abdurəhmanovun ailəsi hazırda Ukraynadadır və o özü də gələn həftə ailəsinin yanına qayıtmağı planlaşdırırmış.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı:  Ölən və yaralananlar var

Qubada "Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

15 dekabr 2024 , 20:47
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26