UEFA-dan “Çelsi”yə Kurtua hədəsi
11 aprel 2014 16:59 (UTC +04:00)

UEFA-dan “Çelsi”yə Kurtua hədəsi

Transfer hüququ İngiltərənin “Çelsi” klubuna məxsus İspaniya “Atletiko”sunun qapıçısı Tibo Kurtua ətrafında yaranmış situasiya ilə bağlı UEFA-nın mövqeyi açıqlanıb. Lent.az-ın məlumatına görə, qurumun rəsmi saytına yerləşdirilmiş bəyanatda təmiz və ədalətli mübarizənin fundamental prinsip olduğu vurğulanıb.

 

Rəsmi açıqlamada deyilir: “Həm UEFA-nın, həm də Çempionlar Liqasının intizam reqlamentində dəqiq yazılıb ki, heç bir klub heç bir halda digər kluba hansısa klubu meydana buraxıb-buraxmamaq barədə təzyiq edə və ya buna cəhd göstərə bilməz. Ona görə də şəxsi müqavilədə belə sonluğa səbəb olan istənilən bənd qüvvədə deyil və heç bir təsir qüvvəsi yoxdur. Bundan başqa, belə şərtləri həyata keçirmək UEFA və Çempionlar Liqasının intizam reqlamentinin birbaşa pozulması sayılacaq, müvafiq sanksiyalara səbəb olacaq”.

 

Qeyd edək ki, daha öncə “Atletiko”nun prezidenti Enrike Serezo Çempionlar Liqasının yarımfinalında “Çelsi” ilə qarşılaşacaqları halda, Tibo Kurtuanın Madrid komandasının heyətində yer alması üçün “zadəganlar”a 6 milyon avro ödənilməsinin vacibliyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867
avatar

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19