Ucarda piyadanın ölümi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun 235-ci kilometrliyində, Ucar rayon ərazisində qeydə alınıb.
Yevlax rayon sakini, 36 yaşlı Məmmədov Kənan Rafiq oğlu idarə etdiyi "Land Rover" markalı minik maşını ilə yolu keçən piyada, Ucar rayonun Qarabörk kənd sakini 54 yaşlı Həsənov Arif Musa oğlunu vurub. Ağır xəsarətlər alan A.Həsənov hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, adı cəkilən ərazidə tez-tez yol qəzaları baş verir. Sürücülər hadisələrin tez-tez baş verməsinə səbəb kimi yol ötürücü nişanların həmin ərazidə olmamasını göstərirlər.