Bu gecə Bakıda ölümlə nəticələnən qəza baş verib.
Nəsimi rayonu ərazisində, Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verən qəzada bir nəfər ölüb.
Belə ki, 18 yaşlı Hüseynov Vüsal Nəzərəli oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını işıqforun qırmızı işığında keçərək, “VAZ 21099” ilə toqquşub. Daha sonra idarəetməni itirən “Mercedes”in sürücüsü avtomobili 36 yaşlı Xəlilov Elmar Nəbi oğluna məxsus “Volkswagen Passat”a çırpıb.
Qəza nəticəsində piyada, 43 yaşlı Kərimova Gözəl Davud qızı hadisə yerində ölüb, sürücülər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı istintaq başlayıb, araşdırmalar davam edir.
Ölümə hansı sürücünün səbəb olduğu təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra bilinəcək.
ANSPRESS