Türkmənistandan gətirilən insan qalıqları Bakıda dəfn edildi
25 may 2016 10:27 (UTC +04:00)

Türkmənistandan gətirilən insan qalıqları Bakıda dəfn edildi

Türkmənistan sahillərində tapılan insan qalıqlarının itkin düşən azərbaycanlı neftçiyə aid olmadığı müəyyənləşdikdən sonra Bakıda dəfn edilib. Lent.az-ın məlumatına görə, aprel ayında Xəzərin Türkmənistan sektorunda tapılan və müxtəlif ekspertizalardan sonra azərbaycanlı neftçilərdən hər hansı birinə aid olmadığı müəyyənləşən insan qalıqları Əhaliyə Vətəndaşlıq Xidməti Trestinə təhvil verilib. İdarə əməkdaşları qalıqları Bakıdakı kimsəsizlər məzarlığında dəfn edib.

 

Qeyd edək ki, Türkmənistandan Bakıya gətirilən insan qalıqları baş və döş qəfəsi nahiyəsindən ibarət idi. Bir neçə gün əvvəl Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov qalıqların itkin düşən azərbaycanlı neftçilərdən heç birinə aid olmadığını və onun ya Türkmənistana aparılacağını, ya da burada dəfn ediləcəyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Nizam Rza

Oxşar yazılar