Türkiyənin Suriya ilə sərhədində partlayış: 4 ölü, 18 yaralı
11 may 2013 16:52 (UTC +04:00)

Türkiyənin Suriya ilə sərhədində partlayış: 4 ölü, 18 yaralı

Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində 4 partlayış baş verib. APA-nın “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, daxili işlər naziri Müəmmər Gülər bələdiyyə və poçt binaları yaxınlığında baş verən partlayışlar nəticəsində 4 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını açıqlayıb. Hadisə yerlərinə göndərilən təcili yardım maşınları yaralıları xəstəxanaya daşıyıb.


 

Reyhanlı bələdiyyəsinin sədri Hüseyn Şanverdi hələlik partlayışların hansı səbəbdən baş verdiyini bilmədiklərini söyləyib. Hadisənin terror aktı olduğu və içərisinə bomba yerləşdirilən 2 avtomobilin partladıldığı haqda xəbərlər yayılıb. Bələdiyyə binası partlayışlardan zərər çəkib, yaxınlıqdakı bir ev isə dağılıb. Reyhanlıya verilən elektrik enerjisi kəsilib.

 

Olaydan sonra Reyhanlı sakinləri ilə qəsəbədə məskunlaşmış suriyalı qaçqınlar arasında qarşıdurma yaranıb. Türkiyə vətəndaşları suriyalılara hücum edib. Polis tərəfləri ayırmaq üçün havaya atəş açıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40