Türkiyə vətəndaşına silah çəkən şəxs tutuldu
23 noyabr 2015 15:09 (UTC +04:00)

Türkiyə vətəndaşına silah çəkən şəxs tutuldu

0

Binəqədi rayonu ərazisindəki kafelərdən birində Türkiyə vətəndaşı Nail Akdoğanı bıçaqla hədələyib pulunu, mobil telefonunu və qızıl əşyalarını almış Bakı şəhər sakini ələ keçib.

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, noyabrın 22-də Binəqədi rayonu ərazisindəki kafelərdən birində naməlum şəxs Türkiyə vətəndaşı Nail Akdoğanı bıçaqla hədələyib 60 manat pulunu, mobil telefonunu, qızıl saatını və qızıl üzüyünü almışdı.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Rəhimov tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar