Tulada azərbaycanlı biznesmendən pul tələb edənlər yaxalandılar
16 avqust 2013 17:11 (UTC +04:00)

Tulada azərbaycanlı biznesmendən pul tələb edənlər yaxalandılar

Saxlanan şəxslərin dördü Azərbaycan vətəndaşıdır


 

Tula vilayətində azərbaycanlı iş adamının girov götürülmüş oğlunu azadlığa buraxmaq müqabilində 3 milyon dollar tələb edən şəxslər həbs olunub. APA-nın məlumatına görə, avqustun 4-də Azərbaycan vətəndaşı olan sahibkar hüquq-mühafizə orqanlarına müraciət edərək Moskvanın ali məktəblərindən birində təhsil alan oğlunu naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verib. Naməlum şəxslər avqustun 4-dən 11-dək sahibkara zəng vuraraq oğlunun azadlığa buraxılması müqabilində 3 milyon dollar tələb ediblər. Bu gün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tula vilayətindəki evlərin birində cinayəti törətməkdə şübhəli bilinən 5 nəfər həbs olunub. Onlardan üçün Azərbaycan əsilli Rusiya vətəndaşı, biri Rusiyada müvəqqəti qeydiyyatda olan azərbaycanlı, biri Çuvaşiya vətəndaşıdır. Girov sağ-salamat azadlığa buraxılıb, onun həyatı üçün təhlükə yoxdur. Faktla bağlı cinayət işi başlanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937
avatar

Oxşar yazılar

Nazir qəzaya düşdü, sürücüsü öldü

Nazir qəzaya düşdü, sürücüsü öldü

11 dekabr 2024 , 14:21
Azərbaycanda daha bir tələbə  öldü

Azərbaycanda daha bir tələbə öldü

11 dekabr 2024 , 13:58
Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

11 dekabr 2024 , 13:11
Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

11 dekabr 2024 , 13:03
Neftçalada motosikleti kanala aşıran sürücü öldü

Neftçalada motosikleti kanala aşıran sürücü öldü

11 dekabr 2024 , 12:37
Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

11 dekabr 2024 , 11:40
Lənkəranda qadın özünü asdı

Lənkəranda qadın özünü asdı

11 dekabr 2024 , 11:19
Azərbaycanda evdə YANĞIN:  yaralanan var

Azərbaycanda evdə YANĞIN: yaralanan var

11 dekabr 2024 , 10:27