Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında adı çəkilən bankda çalışan əməkdaşların bilik səviyyəsinin müasir tələblərə uyğunluğunu müəyyənləşdirmək üçün test imtahanı keçirilib.
Komissiyadan Lent.az-a verilən məlumatına görə, imtahanda ABB-nin 710 nəfər əməkdaşının iştirak edib.
Xatırladaq ki, ABB-nin işçilərinin biliyinin qiymətlədirilməsi dörd istiqamət - Xəzinə işi, əməliyyat işi, Kredit işi və Mühasibat işi üzrə aparılır və iştirakçılara 100 test tapşırığı təqdim olunur. Bunlardan 85 sual bank sektoruna və qanunvericiliyə aid suallar və 15 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən suallardır.