Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 17-də Azərbaycan Respublikasının peşə liseylərində buraxılış imtahanları keçirəcək. Bu barədə Lent. az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
İmtahanda iştirak edəcək şagirdlər imtahana buraxılış vərəqələrini yaxın günlərdə “Şagird-Məzun elektron məlumat sistemi”ndəki səhifələrinə daxil olaraq çap edə biləcəklər. Şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini götürmək vacibdir.
16 yaşı tamam olmayan şagirdlər imtahanda iştirak etmək üçün təhsil aldıqları liseydən şəkilli arayış almalıdırlar. Əks təqdirdə onlar imtahana buraxılmayacaq.
İmtahanlarda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqə" lərini “ Şagird-Məzun"sistemi”nə daxil olub çap edə bilərlər.