APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 8-də Masallı rayonunun Qədirli kəndində, kənd sakini Yavər Nuriyevin həyətində keçirdiyi toy məclisində, Ağdam rayon sakini Elvin Rüstəmov münaqişə zəminində kənd sakini Nəriman Quliyevə bıçaqla xəsarət yetirib.
N. Quliyev xəstəxanaya aparılarkən yolda ölüb. E. Rüstəmov Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.