Toya hazırlaşan qızın bütün cehizləri yandı
12 aprel 2014 12:29 (UTC +04:00)

Toya hazırlaşan qızın bütün cehizləri yandı

İmişlidə yanğın hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, yanğın rayonun Məzrəli kəndində, Əliheydar Nuriyevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Elektirk naqilində baş verən qısa qapanma pərdənin alovlanmasına səbəb olub. Qısa müddətdə yanğın evi bürüyüb. Ev sakini alovun qarşısını almaq istəsə də, buna nail ola bilməyib: "Gecə 3-4 radələrində gəlin məni çağırdı ki, ev yanır. Otaqdan çıxandan sonra gördüm ki, evi od bürüyüb. İki vedrə su töksəm də, alovu söndürə bilmədim. Ondan sonra dedim ki, tez bayıra çıxın".

 

"Dedilər körpə qalıb otaqda. Pəncərədən ikeçib, körpəni xilas etdik". Yanğının söndürülməsinə İmişli rayon yanğından mühafizə xidmətinin  2 ədəd texnikası və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

 

Qeyd edək ki, 8 gündən sonra ailə toy mərasiminə hazırlaşırmış. Evdə olan cehiz əşyaları da yanğın nəticəsində sıradan çıxıb. Həmçinin pul və qızıl-zinət əşyalarının da yandığı bildirilir. Faktla  bağlı araşdırma aparılır.

 

# 1017
avatar

Oxşar yazılar