Tovuz rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Çatax kənd sakini, 1987-ci il təvəllüdlü Hacıyeva Kəmalə İmran qızı özünü güllələyərək intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
*****
20:48
Bu gün Tovuz Mərkəzi Rayon Xəstəxanasına qadın meyiti gətirilib.
Lent.az-ın "Report"a istinadən məlumatına görə, morqa yerləşdirilən şəxsin Tovuz rayon Pələkli kənd sakini Kəmalə Hacıyeva olduğu müəyyən edilib.
Qadının baş nahiyəsindən xəsarət aldığı aşkar edilib. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə araşdırma aparılır.