Tovuzda 34 yaşlı göldə boğularaq ölüb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonda olan süni göldə (sularda xilasetmə məntəqəsindən, təxminən, 170 km aralı, nəzarət olunmayan ərazidə) 1981-ci il təvəllüdlü Hüseynov Kamran İmran oğlu batıb. Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. K.Huseynovun meyiti tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.