Tofiq Yaqublu və İlqar Məmmədov Kürdəxanıya aparılıb
05 fevral 2013 11:59 (UTC +04:00)

Tofiq Yaqublu və İlqar Məmmədov Kürdəxanıya aparılıb

Fevralın 4-də həbs olunmuş Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədov Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb. Lent.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham olunaraq Nəsimi rayon Məhkəməsi tərəfindən 2 ay müddətində barələrində həbs-qətimkan tədbiri seçilən şəxslər bu gün səhər saatlarında təcridxanaya aparılıb.

 

Vəkil Xalid Bağırov Lent.az-a bildirib ki, bu gün həbslərlə bağlı mətbuat konfransı keçiriləcək.

 

Qeyd edək ki, T.Yqublu və İ.Məmmədov yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1202
avatar

Nizam Rza

Oxşar yazılar