Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıdakı tıxaclarla bağlı sürücülərə müraciət edib. Lent.az-ın məlumatına görə, müraciətdə Heydər Əliyev prospektinin üzü şəhər istiqamətində kənar yolunda Vergilər İdarəsinin qabağından başlayaraq Bağırov körpüsünə qədər nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunması bildirilir: “Sürücülərdən xahiş olunur ki, imkan daxilində əsas yoldan istifadə etsinlər”.
Qeyd edək ki, bu gün səhər saatlarında bakının bir sıra ərazilərində yollarda sıxlıq və tıxac müşahidə olunur.