Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları saxta diplom satan şəxsi yaxalayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətində istinadən verdiyi məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qabil Rəhimov Tibb Universitetinin saxta diplomunu 5000 dollara satarkən tutulub.
Araşdırmalar davam etdirilir.