ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçisi Jiri Aberle, Minsk Qrupunun həmsədri Ceyms Uorlik (ABŞ) və onun köməkçisi Cefri Huls keçiriblər.