Təbrizdən Emil Məlikovla bağlı açıqlama gəldi
08 avqust 2013 19:55 (UTC +04:00)

Təbrizdən Emil Məlikovla bağlı açıqlama gəldi

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İranda müalicə olunan Emil Məlikovla bağlı açıqlama yayıb.


 

Konsulluqdan APA-ya bildirilib ki, Emil Məlikovun atası müraciətinə əsasən Baş Konsulluq tərəfindən qəbul edilərək dinlənilib, həmçinin onunla dəfələrlə telefon əlaqəsi yaradılıb.

Məlikovlar ailəsinə uşaqlarının xəstəxana xərclərindən azad olunmasının Baş Konsulluğun səlahiyyətləri xaricində olduğu, Şəhid Mədəni adına Ürək və Damar Xəstəxanası da dövlət xəstəxanası olduğundan, tariflərin konkret müəyyən edildiyi və xərclərdən azad olunmasının imkan xaricində olduğu, xərclərin hansısa bir qisminin azaldılmasının isə çox çətin olduğu bildirilib. Buna baxmayaraq, köməklik göstərilməsi məqsədilə əməliyyatı həyata keçirmiş həkimlə də Baş Konsulluq tərəfindən əlaqə saxlanılıb, vəziyyət öyrənilib, həkimin özünə çatan əməliyyat xərcini xəstəxananın hesabına keçirməsi və xəstəxananın da köməyi ilə xərclərin müəyyən qismi azaldılıb, digər qalan hissənin qısa zamanda ödənilməsi şərti ilə uşaq xəstəxana tərəfindən valideynlərinə təhvil verilərək, ciyərlərindən müalicəsini davam etdirmək məqsədilə digər xəstəxanaya köçürülüb. Hazırda Emil Məlikov valideynləri tərəfindən “Kudəkan” uşaq xəstəxanasına yerləşdirilib və müalicəsi davam etdirilir.

Xəstəxana xərclərindən azad olunmasının və ya ödənilməsinin, xərclərinin azaldılmasının Baş Konsulluğun səlahiyyətləri xaricində olmasına baxmayaraq, Baş Konsulluq vətəndaşa köməklik göstərilməsi istiqamətində səylərini davam etdirir.

Qeyd edək ki, mətbuatda Emil Məlikovun Təbrizin Şəhid Mədəni Xəstəxanasında girov saxlanılması barədə məlumatlar yayılıb. Buna səbəb kimi xəstəxananın körpənin ürəyindən əməliyyatı üçün əlavə pul tələb etməsi və valideynlərin əvvəlcədən razılaşdırılmamış məbləği ödəyə bilməməsi göstərilib.


 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 931

Oxşar yazılar

Bakıda restoranda kütləvi dava -VİDEO

Bakıda restoranda kütləvi dava -VİDEO

23 iyun 2025 , 06:12
Qubada AĞIR QƏZA : ölən və yaralananlar var

Qubada AĞIR QƏZA: ölən və yaralananlar var

22 iyun 2025 , 21:18
Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu

Lənkəranda yük və minik avtomobilləri toqquşdu

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08