Noyabrın 21-də Neftçala şəhər sakini Pakizə Həsənovaya məxsus taxta qayığı oğurlamış şəxs tutulub.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P. Həsənovaya məxsus taxta qayığı oğurlamış şəhər sakini Qurban Ağayev ələ keçib.