Bakıda taxta bazarında baş verən güclü yanğın zamanı zərərçəkənlərin adları məlum olub. Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumta görə, bu gün xəstəxananın Toksikologiya şöbəsinə, yanğın baş verən bazarda işləyən 1984-cü il təvəllüdlü Şamo Dacıyev və 1991-ci il təvəllüdlü Elçin Heydərov, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicləri - 1991-ci il təvəllüdlü Xaliq Həsənov, 1973-cü il təvəllüdlü Rəşad Heydərov və 1990-cı il təvəllüdlü Kamran Əliyev yerləşdiriliblər.
Xəstəxanaya yerləşdirilən FHN-nin xilasedicilərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər iki şəxsin isə müalicələri xəstəxana şəraitində davam etdirilir.