Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Lent.az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən bildirir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 14-də Diana Hüseynovanın rayon ərazisində kirayədə yaşadığı mənzildən 5000 manat dəyərində qızıl və məişət əşyalarının oğurlamaqda şübhəli bilinən tanışı Vaqif Məmmədov tutulub.
Bundan başqa, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də İbrahim Şirinovun evindən 220 manat pul və 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən rayon sakini Elşən Salmanov saxlanılıb.